Tarixdə ilk dəfə qızılın qiyməti 4000 dolları keçdi | Banco.az

Tarixdə ilk dəfə qızılın qiyməti 4000 dolları keçdi

Müəllif:Mehin Qasımova,Banco.az

Tarixdə ilk dəfə qızılın qiyməti 4000 dolları ötüb.

Banco.az xəbər verir ki, ABŞ-ın Comex birjasının məlumatlarına görə, oktyabrın 7-də keçirilən ticarət zamanı qızılın qiyməti tarixi rekorda imza ataraq ilk dəfə olaraq bir troya unsiyası üçün 4000 dolları ötüb.

Ən yüksək həddə qiymətli metal bir troy unsiyası üçün 4000,05 dollara çatdı. 

Bloomberg analitikləri qeyd edirlər ki , 2025-ci ilin əvvəlindən qızıl qiymətləri 50 faiz artıb. Qızıl qiymətlərinin kəskin artmasına təkan verən amillərdən biri Donald Trampın ABŞ- da hakimiyyətə gəlməsindən sonra yaranan geosiyasi və iqtisadi qeyri-müəyyənlik olub .

ABŞ-ın sərtləşdirilmiş tarif siyasətinin səbəb olduğu ticarət müharibələri qiymətli metalın təhlükəsiz sığınacaq aktivi statusunu möhkəmləndirdi və bazar iştirakçıları və qlobal mərkəzi banklar tərəfindən tələbin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Təkcə avqust ayında sonuncu ümumilikdə təxminən 15 ton qızıl alıb .