Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarını neyroşəbəkə şərh edəcək | Banco.az

Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarını neyroşəbəkə şərh edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“NBCUniversal” kütləvi informasiya vasitələri şirkəti “Peacock” striminq xidməti ilə birgə Parisdə keçiriləcək Olimpiya Oyunlarının əsas məqamlarını işıqlandıracaq proqram yaradacaq.

Banco.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilir ki, proqramın əsas xüsusiyyəti neyron şəbəkənin yayımlayacağı səs olacaq.  Neyroşəbəkə oyunları amerikalı şərhçi El Mayklsın səsi ilə şərh edəcək.
Bu, Olimpiya tarixdə bir ilk olacaq.

“Your Daily Olympic Recap on Peacock” adlanan proqram süni intellekt tərəfindən yaradılmış təxminən yeddi milyon müxtəlif variantda ifadələri ehtiva edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et