Tarixdə ilk dəfə nağdsız ödəniş dövriyyəsi nağd alış-veriş həcmini üstələyəcək | Banco.az

Tarixdə ilk dəfə nağdsız ödəniş dövriyyəsi nağd alış-veriş həcmini üstələyəcək

2016-cı ildə dünya üzrə kredit və debet kartları ilə ödənişlərin dövriyyəsi 23,2 trilyon dollar təşkil edəcək.

Bu barədə "MarketWatch" "Euromonitor International" şirkətinin tədqiqatına istinadən xəbər verir.

Cari ilin sonuna nağd alış-verişin dövriyyəsi isə 22,6 trilyon dollar olacaq.

Beləliklə, tarixdə ilk dəfə nağdsız ödəniş dövriyyəsi nağd alış-veriş həcmini üstələyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Tədqiqatın nəticələri göstərir ki, 2002-ci ildən etibarən nağd ödənişlərin həcmi azalmaqdadır, kredit və debet kartları ilə ödənişlərin dövriyyəsi isə artır.

Bildirilir ki, Asiya - Sakit Okean regionunda bu il nağdsız ödənişlərin həcmi 1,7 trilyon dollar artacaq. Şimali Amerikada isə 187 milyard dollarlıq artım gözlənilir.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et