TAP ilə indiyə qədər Avropaya 56 milyard kubmetrdən çox qaz nəql edilib | Banco.az

TAP ilə indiyə qədər Avropaya 56 milyard kubmetrdən çox qaz nəql edilib

Trans-Adriatik Qaz boru kəməri (TAP) vasitəsilə indiyə qədər Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Bunu nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində "TAP AG" şirkətinin icraçı direktoru Luka Skiepatti ilə görüşüb.

O qeyd edib ki, ilin əvvəlində birinci mərhələsi tamamlanan TAP-ın genişləndirilməsinin növbəti mərhələsi və Avropadakı təbii qaz bazarının vəziyyətini müzakirə edilib.