Tanınmış şirkət ABŞ-dakı 200 mağazasını bağlayır | Banco.az

Tanınmış şirkət ABŞ-dakı 200 mağazasını bağlayır

Tamara Mustafayeva, Banco.az

Pandemiya səbəbilə bir çox geyim firması, kafe və restoran şəbəkələri müxtəlif şöbələrinin bir qismini bağlamalı oldular. Bu da, öz növbəsində şirkət gəlirlərinin böyük həcmdə azalmasına gətirib çıxardı. Sözügedən vəziyyətdə olan şirkətlərdən biri də McDonald`s restoran şəbəkəsidir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, fast-fud nəhəngi McDonald`s bu il ərzində Amerikada fəaliyyət göstərən 200 şöbəsini daimi olaraq bağlamağa hazırlaşır. Ötən həftənin çərşənbə axşamı şirkət ikinci rüb üzrə gəlirlərinin 30% azalaraq 3.76 milyard dollara gerilədiyini açıqlamışdı. Şirkətin xalis gəliri isə 68% azalaraq 483.8 milyon dollara geriləyib. Financial Times nəşrinin S&P Capital IQ göstəricilərinə əsasən verdiyi məlumata görə, bu, şirkətin axırıncı 13 il ərzində əldə etdiyi ən aşağı rüblük gəlirdir.

Çərşənbə axşamı şirkətdən edilən açıqlamaya görə, 200 şöbənin bağlanması planı gələcək illər üçün nəzərdə tutulan müvafiq qərarın sürətləndirilməsi hesab edilir. Xatırladaq ki, bağlanılması düşünülən şöbələrin yarısından çoxu Walmart mağazalarında fəaliyyət göstərən və satış həcmi aşağı olan restoranlardır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, McDonald`s bu il ərzində 400-ü Çində olmaqla təqribən 950 yeni restoran açmağı planlaşdırır. Fast-fud restoranlar şəbəkəsi dünyanın bir çox yerində açmağı planlaşdırdığı restoranların təqribən 270-nin şirkətə məxsus olacağını və onları açmaq üçün şirkətin 500 milyon dollar xərcləyəcəyini bildirilib.

Həmçinin oxu: McDonald`s ideyası kimə məxsusdur?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et