Bütün dünyada tanınmış qəhvə platforması olan “Starbucks”-un CEO-su Hovard Şultz şirkətlərinin blockchain texnologiyası və kriptovalyutalarla əlaqədar gələcəyə dair planlarının olduğunu açıqlayıb. O, uzun müddətdə kriptovalyutalarla “Starbucks” dükanlarında ödəniş edilə bilinməsi haqda düşündüklərini söyləyib.
Şultz həmçinin blockchain texnologiyası haqqında da danışaraq, şirkətin uzun müddətdə artan onlay müştəri məmnuniyyətini hədəflədiyini ifadə edib.
Lakin “Starbucks”-un CEO-su Bitcoin məsələsində çox da yaxşı düşünmür. Bitcoin-in şirkətin irəliləyişində bir rol oynayacağını düşünməyən Şultz “Starbucks”-un yola digər kriptovalyutalarla davam edəcəyi qənaətindədir. Bitcoin-in bu sistemlə çıxarılan ilk kriptovalyuta olmasına baxmayaraq, tezliklə məşhurluğunu itirəcəyini düşünən Şultz buna görə də şirkətin planlarında Bitcoin-in yer almadağını bildirib.
Hovard Şultz verdiyi açıqlamada “Starbucks”-un öz kriptovalyutasını çıxaracağı istiqamətində yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini ifadə edərkən, eyni zamanda, bu sektora hər hansı böyük bir sərmayə yatırmağa çox da həvəsli olmadıqlarını vurğulayıb.
Ancaq blockchain platformasından olduqca təsirləndiyini bildirən Şultz şirkətin sərmayəçiləri təşkil olunan yığıncaqların sonuncusunda bunları söyləyib:
“Fikrimcə, blockchain fəlsəfəsi dünyada bir çox məvhuma yeni dizayn verəcək. Blockchain yeni bir dövrə imza atır. Kriptovalyutaların istifadəsi artıq bir çox müştərimiz arasında geniş yayılmışdır. Gələcəkdə biz də buna uyğunlaşmaq üçün bəzi addımlar atmalıyıq”.
Şultz hesab edir ki, “Starbucks” bəzi böyük şirkətlərdən fərqli olaraq kriptovalyutaların gələcək rolu haqda müsbət düşünür. Şirkətin bu dəyişikliklər fonunda müsbət mövqe tutacağını söyləyən Şultz bu fikirləri səsləndirib:
“Bu sektorda işləyən və işləməyə çalışan platformalara nələrisə qazandıra biləcəyimizi düşünürəm. Çünki bir qurum kimi etibarlı və müvəffəqiyyətli bir qrafik cızmışıq. Eyni zamanda, sabit bir müştəri bazamız var. Buna görə də hal-hazırda inkişaf etdirdiyimiz mobil ödəniş metodundan da istifadə edərək onu kriptovalyutalara inteqrasiya edə bilərik”.
Şultzun qeyd etdiyi “Starbucks” mobil tətbiqi 2015-ci ildə təqdim edilmiş və müştərilər arasında qısa müddətdə məşhurlaşmışdı. Müştərilərin tətbiq vasitəsilə sifariş verməsinə və bunu etdikləri üçün xallar qazanmasına kömək edən tətbiq hələ də populyarlığını itirməyib. Belə ki, ABŞ-da “Starbucks” ticarətinin üçdə biri mobil tətbiq vasitəsilə həyata keçirilir. Şultz yaxın dövrdə ABŞ-da sadəcə mobil tətbiqlə ödəniş edilməsi mümkün olan yeni “Starbucks”-lar açmağı düşündüklərini də əlavə edib.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.