Tanınmış milyarderin kosmik şirkəti müflis olub | Banco.az

Tanınmış milyarderin kosmik şirkəti müflis olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Virgin Orbit” şirkətinin  iflas üçün müraciət edəcəyi bildirilib.

Banco.az xəbər verir ki, “Virgin Group”un təsisçisi britaniyalı milyarder Riçard Bransona məxsus kosmik tədqiqatlar və peyk buraxılışı şirkəti “Virgin Orbit” iflas elan edib.

Baş ofisi Kaliforniyada olan “Virgin Orbit”dən verilən açıqlamada şirkətin uzunmüddətli maliyyə problemindən sonra iflasa uğradığı qeyd edilib.

Xatırladaq ki, şirkət ötən həftə işçilərinin 85%-ni təşkil edən 750 nəfəri işdən çıxarmaq qərarına gəldiklərini açıqlamışdı.

“Forbes” nəşrinin siyahısına görə, şirkətin təsisçisi və sahibi Riçard Bransonun ümumi sərvəti təxminən 3 milyard dollar təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram