Tanınmış maliyyə təşkilatı Dollar/TL proqnozunu kəskin yüksəltdi | Banco.az

Tanınmış maliyyə təşkilatı Dollar/TL proqnozunu kəskin yüksəltdi

Tamara Mustafayeva, Banco.az

"Unicredit" Dollar/TL proqnozunu yeniləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın qlobal bank və maliyyə təşkilatı "Unicredit" Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra 2021-ci ilin sonu üçün Dollar/TL proqnozunu 1 lirə 20 kuruş artırıb.

Belə ki, "Unicredit" daha əvvəl ilin sonu üçün proqnozlaşdırdığı 9.3 səviyyəsini 10.5-ə yüksəldib ki, həmçinin uçot dərəcəsi üzrə faiz bəndinin 14-ə endiriləcəyini gözlədiklərini də bildirib.

2021-ci ilin sonları üçün inflyasiya proqnozunu da 18,5%-dən 19,6%-ə qaldıran təşkilat gələn ilin birinci yarısında illik inflyasiyanın təqribən 20% olacağını, daha sonra isə 16,3%-ə geriləmə ehtimalı olduğunu da qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et