Tamara Mustafayeva, Banco.az
Dünyanın ən varlı investorlarından biri olan Vorren Baffett "Bill və Melinda Qeys Fondu"ndakı vəzifəsindən istefa etdiyini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, tanınmış investor açıqlamasında, "İllərdir ki, "Bill və Melinda Qeys Fondu"nda idarə heyətinin qeyri-aktiv üzvüyəm. "Berkshire Hathaway"dən başqa digər bütün şirkətlərin idarə heyəti üzvlüyündən çıxdığım kimi bu vəzifədən də istefa edirəm", deyə bildirib.
Artıq yaşa dolduğunu qeyd edən Baffett, "Açığı dördüncü raundu geridə qoyan və əlavə dəqiqələrini keçirən bir oyunun iştirakçısıyam", deyərək holdinqdəki bütün səhmlərini əldən çıxarma hədəfinə yaxınlaşdığını və sözügedən vəzifədən ayrılarkən 4.1 milyard dollar ianə verdiyini elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!