Tanınmış investor daha çox bankın iflas edə biləcəyini proqnozlaşdırıb | Banco.az

Tanınmış investor daha çox bankın iflas edə biləcəyini proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Baffet: Daha çox bankın iflasa uğraması ehtimalı var.

Banco.az xəbər verir ki, Uarren Baffet bank böhranı ilə bağlı verdiyi açıqlamada bank uğursuzluqlarının bitmədiyini, lakin əmanətçilərin vəsaitlərinin təhlükədə olmadığını və panikaya düşməmələrini söyləyib.

“Berkshire Hathaway” şirkətinin prezidenti və icraçı direktoru, tanınmış investor Uarren Baffet çərşənbə günü CNBC-yə verdiyi müsahibədə, "Bank uğursuzluqları ilə işimiz hələ bitməyib", deyə bildirib.

Baffet vurğulayıb ki, bank rəhbərlərinin ağılsız qərarları panikaya ehtiyac olmayan bir vəziyyətdə bütün ABŞ vətəndaşları arasında təşvişə səbəb olmamalıdır.

O, gələn il heç bir əmanətçinin pul itirməyəcəyinə dair mərc etməyə hazır olduğunu belə söyləyib. Lakin milyarder investor xəbərdarlıq edib ki, problemli bank səhmləri dəyərli investisiyalar deyil və hökumət əmanətçiləri qorumaq üçün tədbirlər görsə belə, səhmdarların xilas olma ehtimalı azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et