Tamara Mustafayeva, Banco.az
İtaliyanın məşhur geyim markası "Moncler" bazar ertəsi etdiyi açıqlamada "Stone Island" şirkətini iki mərhələli satın alma razılaşması əsasında 1.39 milyon dollara alacağını bildirib.
Şirkət ilkin mərhələdə rəqibinin 50%-lik səhmlərini CEO Karlo Rivetti (Carlo Rivetti) və digər səhmdarlardan, 19.9%-lik səhmi isə ailənin digər üzvlərindən satın alacaq. Alqı-satqı prosesi nağd və birja yolu ilə həyata keçiriləcək. Karlo Rivetti və ailəsi ya şirkətin 50%-lik səhmlərinə şərik olacaq, ya da səhm başına 37.51 avro olmaqla 10.7 milyonluq yeni səhmə sahib olacaqlar.
Qeyd edək ki, "Moncler" şirkəti Sinqapurlu sərmayəçi "Temasek" şirkətinin 30%-lik səhmlərini də almaqla "Stone Island"ın bütün səhmlərinə sahib olmağı hədəfləyir.
Həmçinin oxu: Bu geyim firması koronavirusdan qoruyan parça istehsal edib
Bizi sosial şəbəkələrdən izləyin!!!