Tanınmış geyim firması 1500 işçisini ixtisar edəcək | Banco.az

Tanınmış geyim firması 1500 işçisini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçin pərakəndə geyim şirkəti “H&M” 1500 işçisini işdən çıxaracağını açıqlayıb.

Banco.az xəbər verir ki, “H&M”dən verilən açıqlamada şirkətin xərcləri azaltmaq və səmərəliliyi daha da artırmaq üçün sentyabr ayında qlobal proqrama start verdiyi xatırladılıb.

Sözügedən proqramın inzibati və ümumi xərclərlə bağlı olduğu vurğulanan açıqlamada buraya həmçinin işçi qüvvəsində 1500 ixtisarın da daxil olduğu qeyd edilib.

Açıqlamada təxminən 155 min nəfərin çalışdığı şirkətin sözügedən proqramı çərçivəsində ildə 2 milyard İsveç kronuna (190 milyon ABŞ dolları) qənaət edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et