Tanınmış futbol klubu külli miqdarda zərərə uğrayıb | Banco.az

Tanınmış futbol klubu külli miqdarda zərərə uğrayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngilis futbol klubu "Çelsi" 121,3 milyon funt sterlinq zərərə uğrayıb.

Banco.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” klubu keçmiş sahibi Rusiyalı sahibkar Roman Abramoviçə qarşı tətbiq olunan sanksiyalardan sonra "fövqəladə xərclər və gəlir itkisi" səbəbindən 2021-22 mövsümündə 121,3 milyon funt sterlinq xalis zərər gördüyünü açıqlayıb.

Xatırladaq ki, Abramoviç ötən ilin martında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar klubun rəhbərliyini Çelsi Fondunun qəyyumlar şurasına təhvil verib.

“Çelsi”nin satın alınması ilə bağlı yekun razılıq isə ötən ilin may ayında Amerikanın Beysbol üzrə Böyük Liqa komandalarından biri olan “Los Anceles Dodcers”in şəriki Todd Boehlinin başçılıq etdiyi konsorsium tərəfindən əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et