Tamara Mustafayeva, Banco.az
Bitkoin və digər kriptovalyuta növlərinə qarşı kəskin mövqeyi ilə tanınan "JP Morhan" CEO-su Ceymi Dimon bitkoinin qiymətinin yaxın gləcəkdə 10 dəfə bahalaşacağını, ancaq yenə də bu biznes növünə investisiya yatırmayacağını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Hindistan mətbuatına açıqlama verən Dimon, "Mən həqiqətən də bitkoinə əhəmiyyət vermirəm. İnsanların əbəs yerə bu məsələyə vaxt sərf etdiklərini düşünürəm", deyə bildirib.
"Business Insider" nəşrinin yayımladığı xəbərə görə, bitkoinin müəyyən bir nöqtədə tənzimlənməsini zəruri hesab edən Dimon, "Belə olduğu təqdirdə bahalaşma dinamikası tənzimlənə bilər. Ancaq bu məsələ mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bitkoin satın almağı düşünmürəm. Lakin bu, o demək deyil ki, sözügedən kriptovalyuta növü növbəti 5 il ərzində hazırki dəyərinin 5 misli bahalaşmayacaq", deyə əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!