Tanınmış bank sürücü axtarır! | Banco.az

Tanınmış bank sürücü axtarır!

DəmirBank ASC-nin Nəqliyyat şöbəsinə sürücü vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Digər bank vakansiyaları üçün buraya daxil olun

Vəzifə öhdəlikləri:

• Təqdim edilmiş nəqliyyat vasitəsinin qorunmasını və istismara yararlı vəziyyətdə saxlanılmasını həyata keçirilməsi;
• Bank rəhbərliyinin müəyyən etdiyi ünvanlara işçilərin və yüklərin daşınması;
• Rəhbərliyin göstərişi ilə rayon filiallarına ezam olunma.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

• "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
• Avtomobil idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi olmalı; 
• İntizamlı və məsuliyyətli olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 noyabr 2016-cı il tarixinədək [email protected]elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Nəqliyyat şöbəsinə sürücü” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.