Tanınmış avtomobil şirkəti ilk elektromobilini bu tarixdə təqdim edəcək | Banco.az

Tanınmış avtomobil şirkəti ilk elektromobilini bu tarixdə təqdim edəcək

Tamara Mustafayeva, Banco.az

Tarixinin ilk elektromobilini təqdim etməyə hazırlaşan "Rolls-Royce" şirkəti sözügedən modelin bazara çıxarılacağı vaxtı açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dəbdəbəli ingilis avtomobil brendi olan "Rolls-Royce" 2023-cü ilin 4-cü rübündə tamamilə elektriklə işləyən ilk avtomobil modelini müştərilərinin bəyənisinə təqdim edəcək.

Avtomobilin yaxın günlərdə sınaq sürüşlərinin başlayacağını bildirən şirkət 2030-cu ilədək bütün modellərinin tamamilə elektromobillərdən ibarət olacağını və bundan sonra daxili yanma mühərriki ilə təchiz edilmiş heç bir model istehsal etməyəcəklərini vurğulayıb.

Qeyd edək ki, "Rolls-Royce Motor Cars" CEO-su Torsten Müller-Ötvös şirkətin ilk elektromobilinin "Spectre" adlandırılacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et