Banklarımızın hansı şərtlərlə pulsuz debet kart verməsini araşdırdıq. Məlum oldu ki, pulsuz nəsə almaq çox çətindir, bu sıraya debet kartlar da aiddir. Tamamilə pulsuz verilən kartlara çox az bankda rast gəlmək mümkündür, amma yenə də bankların öz şərtləri və tələbləri var.
Beləliklə banklardan pulsuz kart almaq olarmı?
Bank Respublika
“Visa Infinite” kartından başqa,Bank Respublikanın təklif etdiyi bütün ödəniş kartları tamamilə pulsuzdur, illik abunə haqqı və ya digər əlavə ödəniş tələb olunmur.Sadəcə yeganə şərt odur ki,yalnız sifarişi verərkən hər bir kart üçün nəzərdə tutulmuş minimum fərqli məbləği ( minimum 100 (region filiallarımız üzrə 50 manat /dollar/avro) hesabınıza daxil etməlisiniz).Kartı təhvil alanda daxil etdiyiniz həmin vəsait hesabınızda olur və siz ondan istənilən vaxt istifadə edə bilirsiniz. Bütün kartlarımızın hazır olma müddəti 3 iş günü,istifadə müddəti isə 5 ildir. Kartdan istifadə zamanı tariflər tam olaraq aşağıdakı kimidir: Bizim bankomatlardan,eləcə də ofislərimizdən, pul çıxardığınız zaman 1% (min 0.2 manat, 0.25 dollar və ya 0.2 avro),AzəriKart sisteminə daxil olan bankomatlardan,eləcə də bankların ofislərindən ( http://azericard.com/?p=4 ) isə 1,5% (minimum 1,8 manat,2 dollar və ya 1,5 avro) komissiya nəzərdə tutulmuşdur.
AmrahBank
AmrahBank-ın 20 illik yubileyinə həsr edilmiş "Yubiley kart" məhsulu müştərilərinə tamamilə pulsuz təklif edilir. Kartın növündən asılı olaraq, ilkin mədaxil məbləğini kart hesabına yerləşdirməklə, kartı əldə etmək olar: Visa Classic - 100 AZN/USD Visa Gold - 500 AZN/USD Mastercard Platinum - 1000 AZN/USD Yubiley kartı digər kartlardan fərqləndirən müsbət cəhətlərdən biri də odur ki, gündəlik hesab qalığına illik 5% olmaqla faizlər hesablanır və toplanmış faizlər hər ayın 1-i hesaba köçürülür. Nağdlaşdırma faizi Amrahbank şəbəkəsi daxilində 1%, digər bankların ATM və ofislərindən 1,5%-dir.
Rabitəbank
Kartmane kartı tamamilə pulsuz təqdim olunur. Kartmane kartı açmaq üçün minimal yatırım 100 AZN/USD olmalıdır. Kartmane depozit şərtləri ilə kart rahatlığını özündə birləşdirən bank məhsuludur. Kartmane VİSA Electron və ya Maestro plastik kartı şəklində verilir. Əmanətin valyutasından asılı olaraq illik faiz dərəcəsi fərqli olur: Valyutadan və müddətdən asılı olaraq, 3-14% arasında dəyişir. Kartmane kartından vəsaitinizi Rabitəbankın bankomatlarından nağdlaşdırdığınız zaman komissiya tutulmur.
AZN USD
1-3 ay – illik 3% 1-3 ay illik 1%
3-6 ay – illik 6% 3-6 ay illik 3%
6-9 ay - illik 9% 6-9 ay illik 5%
9-12 ay – illik 12% 9-12 ay illik 7%
12-24 ay – illik 14% 12-24 ay, illik 9%
Kartmane plastik kart şəklində olduğu üçün əmanətinizi istənilən zaman nağdlaşdıra bilərsiniz, həmçinin dünyanın istənilən nöqtəsində müxtəlif alış-veriş və xidmətlərin nağdsız ödənişləri üçün istifadə edə bilərsiniz.
Unibank
Unibank-da hər bir kartın müvafiq tarifləri mövcuddur.Misal üçün Visa Classic və MasterCard Standard kartlarının 2 növ verilmə şərti var. 1-ci şərt- kartlar pulsuzdur, sığorta depoziti 50 ş.v.(AZN, USD, EUR, GBP) təşkil edir. Sığorta depoziti toxunulmaz məbləğdir, kartın istifadə müddəti bitdikdə yaxud kartı bağladıqda, həmin vəsait Sizə geri qaytarılır. 2 şərt- 1 illik xidmət haqqı 10 ş.v., 2 illik-15 ş.v., 3 illik-20 ş.v., 4 illik-25 ş.v. təşkil edir.
Qeyd edək ki, hal-hazırda MasterCard Standard kartının ayrılması dayandırılıbdır.
Misal üçün Visa Gold və MasterCard Gold kartının 1 illik 35 AZN/USD/EUR,2 illik 40 AZN/USD/EUR,3 illik 45 AZN/USD/EUR,4 illik 50 AZN/USD/EUR xidmət haqqı təşkil edir.Sığorta depoziti 100 ş.v. təşkil edir
Unibank bankomatlarından debet kartlarından nağdlaşdırmaya görə 1% , min. 1 AZN, USD komissiya haqqı tutulur. Həmçinin, Sizə Albalı Plus debet kartını təklif edə bilərik.Siz öz vəsaitinizi karta yerləşdirib, illik 6%-dək gəlir əldə edə bilərsiniz. Həmçinin, şəxsi vəsaitinizi Unibank-ın bankomatlarından komissiyasız nağdlaşdıra bilərsiniz. Kart 3 il müddətinə ayrılır.Kartın valyutası manatdır.Kartın qiyməti 10 AZN-dir.
ASB Bank
Debet kartlarımız 3 il müddətinə verilir. Kart üçün öncədən 1 dəfə 5 AZN xidmət haqqı alınır. Yalnız şəxsiyyət vəsiqəsi ilə müştəri yaxınlaşıb kart sifariş edə bilər. Müştəri istədiyi məbləğdə karta mədaxil edə və ASB-nin ATM-lərindən heç bir komissiya tutulmadan pul çəkə bilər. Digər bankların ATM-lərindən pul çəkərkən 2%(min. 2 AZN/USD/EUR) və ya 2.5% (min. 5 AZN/USD/EUR) komissiya tutulur.
Yapı Kredi Bank Azərbaycan
Worldcard-ı olan müştərilərimiz üçün debet kartımız (Pulkart) ödənişsizdir. Lakin, sadəcə debet kart üçün müraciət edən müştərilər üçün 5 AZN hesab açma, 5 AZN kart qiyməti, 10 AZN isə karta yatırılmalı minimum məbləğdir. Yapı Kredi Bankomatlarından nağdlaşdırma etdikdə nağdlaşdırma komissiyası hesablanmır. Digər bankomatlardan 2%+1 AZN nağdlaşdırma komissiyası tutulur.
Turan Bank
Yalnız əmanətçilərə tamamı ilə ödənişsiz kart verilir – MasterCard plastik kartı təqdim olunur.
ExpressBank
Hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, Visa Platinum / MasterCard Platinum üçün isə 800 AZN ilkin mədaxil tələb olunur. Bu zaman kartlar pulsuz verilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən Expressbank ATM-lərindən komissiyasız istifadə edə bilər.
AtraBank
Əgər kart sahibi hesab açmaq istədikdə müvafiq ilkin mədaxil məbləğini hesaba yerləşdirərsə, kartlar komissiya haqqı ödənilmədən verilir.
VISA Electron - 500 AZN/USD VISA Classic - 1000 AZN/USD VISA Gold - 2000 AZN/USD VISA Platinium - 5000 AZN/USD
Kapital Bank
Kapital Bankda yalnız depozit əsasında verilən plastik kartlar ödənişsizdir. İstənilən plastik kartı əldə etmək üçün Banka şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. İlkin ödəniş və sığorta faizi 0 AZN.
Bank Standard
MasterCard Standard və Visa Klassik kartlarını əldə etmək üçün 1 illik xidmət haqqı 15 AZN/USD/EUR; 10 GBP, iki illik xidmət haqqı 25 AZN/USD/EUR; 10 GBP, 3 illik xidmət haqqı isə 35 AZN/USD/EUR; 10 GBP təşkil edir.
Lakin Siz xüsusi kart hesabınıza (XKH) 1000 AZN/USD/EUR/GBP* məbləğində ilkin vəsait qoymaqla kartı illik xidmət haqqı olmadan da əldə edə bilərsiniz.
Bank Standard-ın və POS terminalları vasitəsi ilə nağdlaşdırma - 1% (min. 0,2 AZN/ 0,25 USD/EUR/GBP “Azəricard” şəbəkəsi daxilində digər rezident bankların Pos Terminal və ATM-lər vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.6 AZN/ 2 USD/EUR/GBP)təşkil edir.
Bank of Baku
Bank of Baku-da MasterCard Standard və Visa Classic kartlarının 1 illik xidmət haqqısı 8 AZN, iki illik 14 AZN, üç illik isə 20 AZN təşkil edir.
Lakin hesaba minimal vəsaitin qoyuluşu 1000 AZN/USD/EUR təşkil edərsə, siz 1 illik kartı komisyon ödəmədən ala bilərsiniz. "Bank of Baku"-nun ATM və POS terminalları vasitəsi ilə nağdlaşdırma - 1% (min. 1 AZN/USD/EUR), Millikart prosessinq mərkəzinin üzvü olan yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.5 AZN/USD/EUR)təşkil edir.
AccessBank
ACCESSBANK müştərilərə 4 növ debet VİSA və MASTER CARD-larını təklif edir:
Ödənişsiz kartlar isə, ilkin yatırım olmaq şərti ilə 3 növ olan VİSA CLASSİC / MC STANDART, VİSA GOLD / MC GOLD, VİSA PLATİNUM / MC PLATİNUM plastik kartları 3 il müddətinə təqdim olunur. Kartı sifariş etmək üçün Sizə yaxın olan filialımızdan birinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşa bilərsiniz. Kart 3 iş günü ərzində hazır olur.
Misal üçün VİSA CLASSİC / MC STANDART kartlarının 1 illik xidmət haqqısı 12 AZN, iki illik xidmət haqqı 16 AZN, 3 illik xidmət haqqı isə 20 AZN təşkil edir.
VİSA Classic/MC Standard kartlarını 1 il müddətinə pulsuz əldə etmək istəsəniz ilkin yatırım məbləği 500 AZN, iki il müddətinə 800, 3 il müddətində isə 1000 AZN ( və ya şərti valyuta vahidi) təşkil edir.
AccessBank-ın ATM şöbələrində nağdlaşdırma faizi minimum - 0,1 AZN/USD/EUR, maksimum isə 1% təşkil edir. Digər rezident bankların ATM-lərində isə min 2 AZN, maksimum2% nağdlaşdırma komissiyası tutulur.
Nikoil Bank
Nikoil Bankda kartların xidmət haqqısı 1 illik 1 AZN-dən başlayır. İki illik 5 AZN, üç illik 8 AZN təşkil edir. Bu MC Maestro və Visa Electron kartları üçün tətbiq edilir. MC Standard və Visa Classic üçün xidmət haqqları kartın istifadə müddətinə görə 8, 12, 15 Azn təşkil edir.
Kartları pulsuz əldə etmək üçün isə ilkin mədaxil məbləği tələb olunur ki, bu da kartın növündənn və müddətində asılı olaraq dəyişir. MC Maestro və Visa Electron üçün kartın müddətindən asılı olaraq, 200, 400 və 600 AZN, MC Maestro və Visa Electron kartları üçün isə 500, 1000 və 1500 AZN təşkil edir.