"Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə ödəyəcək | Banco.az

"Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə ödəyəcək

Əfqanıstandakı “Taliban” hökuməti “buğda ilə maaş ödəmək” proqramının miqyasının genişlənəcəyini deyib.

Bu barədə xarici mətbuat yazıb.

Əfqanıstanın idarəetmə və maliyyə nazirinin müavini Fazil Bari Fazlı buna maliyyə çətinliklərinin səbəb olduğunu deyib.

O, buğdanın Pakistan və Hindistandan gətirildiyini bildirib.

Qeyd edək ki, maaaşların buğda ilə ödənməsi ilk dəfə oktyabr ayında tətbiq edilmişdi. O zaman Kabildə işləyənlərin hər birinə gündəlik 10 kilo, mühəndislərə isə 16,5 kilo buğda verilirdi.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et