Taleh Kazımov "Naxçıvanbank"la bağlı məsələyə aydınlıq gətirib | Banco.az

Taleh Kazımov "Naxçıvanbank"la bağlı məsələyə aydınlıq gətirib

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Naxçıvanbank"ın maliyyə balansı keyfiyyətlidir və hər hansı maliyyə problemi yoxdur".

Banco.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

AMB sədri qeyd edib ki, bankın kredit portfelinin bir hissəsi "Kapital Bank"a satılıb: "Bu da bankın səhmdarlarının qərarına əsasən olub. AMB burada hər hansısa problem görmür.

Bankın fəaliyyəti ilə bağlı da səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi, hansı seqmentdə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarlar tərəfindən müzakirə olunur".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et