Rəqabət şəraitində bir-birini üstələməyə çalışan banklar yeni bank məhsulları yaratmağa və bu yeni məhsul ilə digərlərindən seçilməyə çalışırlar. Belə məhsullardan biri də tasksit kartlarıdır. Taksit kart elə bir kredit kartıdır ki, bu kartlarda müştərilərə müəyyən kredit limiti verilir və bu limitlə partnyor mağazalarda faizsiz alış-veriş edərək hissə-hissə ödəniş edə, həm də kartın verdiyi limitdən asılı olaraq nağlaşdırma edə bilərsiniz. Bugün bank bazarında taksit kartları təklif edən banklar hansılardır və vu kartlar kimlərə, hansı şərtlərlə və hansı məbləğdə verilir?! Bu araşdırmamızda taksit kartlarını araşdırmışıq.
Bugün taksit kartları təklif edən banklar aşağıdakılardır:
- Bank of Baku (Bolkart)
- Unibank (Albalı Plus)
- Kapital Bank (Birkart)
- Yapı Kredi Bank Azərbaycan (World Kart)
- Azərbaycan Sənaye Bankı (Extra Kart)
- AG Bank (Həzz Kart)
- Express Bank ( Smile Kart)
- Bank Respublika (Paykart)
Gəlin bu taksit kartların kimlərə və hansı şərtlərlə verildiyinə nəzər salaq:
Bolkart Bank of Bakunun təqdim etdiyi taksit kartıdır. 5 növü vardır.
Kartın Adı |
Yaş həddi |
Tələb olunan sənədlər |
Əmək haqqına tələb |
Qiymət |
Müddət |
Limit |
Bolkart Gənc |
18-27 |
Şəxsiyyət vəsiqəsi |
çalışanlar => 210 təqaüdçü => 200 |
10 |
60 ay |
200-5000 |
Bolkart Ailə |
18-70 |
Şəxsiyyət vəsiqəsi |
çalışanlar => 210 təqaüdçü => 200 |
20 |
60 ay |
200-5000 |
Bolkart Gold |
18-70 |
Şəxsiyyət vəsiqəsi |
çalışanlar => 819 təqaüdçü => 700 |
40 |
60 ay |
3000-7000 |
Bolkart Businness |
18-65 |
Şəxsiyyət vəsiqəsi |
Sahibkarlıq fəaliyyəti |
20 |
60 ay |
300-3000 |
Bolkart Diamond |
18-70 |
Şəxsiyyət vəsiqəsi |
çalışanlar => 2400 təqaüdçü => 2000 |
150 |
60 ay |
3000-10000 |
Albalı Plus Unibankın təklif etdiyi taksit kartıdır. Həm Visa, həm MasterCard növündə əldə etmək olar. Albalı Plusun kredit xətti imkan verir ki, müştəri 5.000 AZN-dək güzəşt müddətli kredit əldə etsin. Kartın və kredit xəttinin müddəti 60 ay, kreditin müddəti isə 84 ay təşkil edir. İllki faiz dərəcəsi 29 % dən başlayır. Kredit xəttindən istifadəyə görə komissiya hər iki kart növündə 2% təşkil edir. Nağlaşdırma komissiyası yoxdur. Kartda olan qalıq pula reytinqdən asılı olaraq, illik 3%-dək gəlir hesablanır
Kartın Adı |
Yaş həddi |
Cashback |
Əmək haqqına tələb |
Müddət |
Limit |
Albalı Plus Standart |
Komissiya: 0% |
30 % dək |
min 100 AZN |
60 ay |
5000 |
Albalı Plus Gold |
Komissiya: 1% (min 20 AZN) |
30 % dək |
min 500 AZN |
60 ay |
5000 |
Birkart Kapital Bankın təklif etdiyi taksit kartıdır. Bu kart vasitəsilə siz BirKart partnyoru olan partnyor mağazalarında istədiyiniz məhsul və xidməti öz qiymətinə aylara bölüb, əlavə faiz ödəmədən əldə edə bilərsiniz.
3 növdə təkil edilir. Birkart Classic-də cashback əməliyyat yoxdur. Birkart Cashback də Birdəfəlik ödənişlərinizi kartla etdikdə xərclədiyiniz məbləğin minimum 1.5% olmaqla 30%-dək hissəsini kartınıza geri qazana bilərsiniz. Birkart Miles da isə millər toplayıb aviabiletə dəyişə bilərsiniz.
Kartın Adı |
Yaş həddi |
Sənədlər |
Qiymət |
Müddət |
Limit |
Birkart Classic |
18-67 |
Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi |
15 (illik) |
36 ay |
100-10000 |
Birkart Cashback |
18-67 |
Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi |
35 (illik) |
36 ay |
100-10000 |
Birkart Miles |
18-67 |
Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi |
35 (illik) |
36 ay |
100-10000 |
Xidmətlər |
Birkart |
Birkart Cashback |
Birkart Miles |
Kartın qiyməti |
1 illik 15 AZN |
1 illik 35 AZN |
1 illik 35 AZN |
İllik faiz dərəcəsi |
Taksit əməliyyatları üzrə - 0% |
Taksit əməliyyatları üzrə - 0% |
Taksit əməliyyatları üzrə - 0% |
Nağdlaşdırma üzrə - 25% |
Nağdlaşdırma üzrə - 25% |
Nağdlaşdırma üzrə - 25% |
|
Nağdlaşdırma komissiyası |
Şəxsi vəsaitdən - 1% |
Şəxsi vəsaitdən - 1% |
Şəxsi vəsaitdən - 1% |
Kredit limitindən - 1.5 %, minimum 2AZN |
Kredit limitindən - 1.5 %, minimum 2AZN |
Kredit limitindən - 1.5 %, minimum 2AZN |
|
Cashback |
Nəzərdə tutulmayıb |
1.5%-dən 30%-dək |
Nəzərdə tutulmayıb |
Millərin hesablanması |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Ölkədaxili hər 1 AZN-lik ödənişə 1 Mil, ölkəxarici 1.5 Mil |
Worldcard Yapı Kredi Bankın məhsuludur. Bu kartın Classic, Gold, Platinum və Business növləri fərqləndirilir. Worldcard Classic pulsuz olsa da, digər növlər üçün xidmət haqqı müvafiq olaraq 25, 150 və 15 manat təşkil edir. Kart Bal toplama və hissə-hissə ödəmə imkanı yaradır. Onunla edilən bütün alış-verişlər bal qazandırır ki, onlarla da sonaradan World üzv ticarət obyektlərində alış-veriş etmək olur. Taksit müddəti 3-12 ay təşkil edir. Worldcard Classic-lə istənilən zaman limitin 50%-ni nağdlaşdıra bilərsiniz.
Super Extra kartı əldə etməklə siz həm taksit, həm bonus, həm endirim, həm də kredit kartına sahib olacaqsınız. Bu kart sayəsində kredit limitinizdən yararlana, alış-veriş məbləğini hissə-hissə ödəyə, etdiyiniz hər alış- verişdən bonuslar qazana, endirim kampaniyalarından faydalana biləcəksiniz.
Kartın Adı |
Yaş həddi |
Sənədlər |
Qiymət |
Müddət |
Limit |
Extra Standart |
18-65 |
Şəxsiyyət vəsiqəsi iş yerindən arayış |
15 |
36 |
1-1499 |
Extra Gold |
18-65 |
Şəxsiyyət vəsiqəsi iş yerindən arayış |
20 |
36 |
1-2999 |
Extra Platinum |
18-65 |
Şəxsiyyət vəsiqəsi iş yerindən arayış |
25 |
36 |
1-5000 |
Super Extra |
- |
- |
- |
- |
- |
Həzz kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylar ərzində (3,6,12,18 və 24 ay) bölünür və əlavə faiz hesablanmadan bərabər hissələrlə ödənilir. Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın istifadə müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilər
Kartın Adı |
Yaş həddi |
Sənədlər |
Qiymət |
Müddət |
Həzz Kart |
18-65 |
Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış |
pulsuz |
36 |
Smilecard – hər yerdə istifadə oluna bilən, taksit kartdır. Müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.
Kartın Adı |
Yaş həddi |
Sənədlər |
Qiymət |
Müddət |
Limit |
Smile Kart |
20-70 |
Şəxsiyyət vəsiqəsi |
pulsuz |
48 ay |
100-4000 |
İllik faiz dərəcəsi – 0%, komissiyalar – 6 aylıq ödəniş üzrə 6%, 12 aylıq ödəniş üzrə 12%, aylıq nağdlaşdırma üzrə limit – kredit limitinin məbləği 500 AZN və ona qədər olduqda 300 AZN, 501 AZN və yuxarı olduqda 500 AZN
PayKart Kredit kartında bərpa olunan kredit xətti mövcuddur ki, bu da öz növbəsində istər, Azərbaycan istərsə xarici ölkələrdə alış-verişin aparılması və vəsaitin nağdlaşdırılması zamanı bir çox imkanlar yaradır. 500-3000 manat kredit limiti verilir. Kart 5 il müddətinə, pulsuz verilir.
Qeyd. Araşdırma bankların saytlarındakı məlumatlara əsasən hazırlanmışdır.
Nüsrət XƏLİLOV, banco.az