Taksit kartların məhz şəxsi ehtiyacların qarşılanması məqsədi ilə rəsmiləşdirilməsi kifayət qədər məntiqi təsir bağışlayır, biz borc alınan vəsaiti şəxsi istehlak tələblərimizi ödəmək üçün istifadə edirik. Taksit kart sahiblərinin həmin vəsaiti hansı məqsədlərlə istifadə edəcəyi olduqca fərqli ola bilər. Kimsə taksit kartları internet vasitəsi ilə alış-veriş edərkən, kimsə beynəlxalq səfər və səyahətlər zamanı, həmçinin ezamiyyətlərdə öz komfortunu təmin etmək üçün xidmətləri ödəmək məqsədi ilə istifadə edir, bəziləri üçün isə bu sadəcə öz əməkhaqqısını alana qədər müəyyən miqdarda pul vəsaiti əldə etmək üçün gözəl imkandır. Onlar istəmirlər ki, dostlar, qohumlar və ya tanışları onların yaşadığı maliyyə çətinliklərindən xəbər tutsun.
Bu gün biz oxuculara kredit (taksit) kart vasitəsi ilə hansı növ alış-veriş etməyin daha sərfəli olduğu, həmçinin pul vəsaitlərinə və vaxta qənaət edərək, eyni zamanda bonuslar əldə etmək haqqında danışacağıq.
Cəld və sərfəli
Əksər maliyyə ekspertləri düşünür ki, bugünkü gündə kredit (taksit) kartları istehlak kreditlərinin böyük bir hissəsinin əla alternativi rolunda çıxış edə bilir. Gəlin razılaşaq ki, şəhərimizin istənilən bir dükanında televizor, telefon və ya soyuducu seçərkən ondan ötrü bankın sizin kredit müraciətinə nə vaxt müsbət cavab verəcəyini gözləməkdənsə və öz vaxtını kredit müqaviləsinin araşdırılmasına sərf etməkdənsə satıcıya öz taksit kartınızı təqdim edib, ödənişi onun vasitəsi ilə həyata keçirmək daha asan olar, daha sonra isə sadəcə götürdüyünüz borc pul vəsaitlərini geri qaytarmaq qalır. Yəni bu seçdiyin məhsulu anında əldə etmək imkanı verir, siz dükana, daha sonra banka və yenidən dükana getmək məcburiyyətində qalmırsınız. Həmçinin kart sahibi məhsulun dəyərini kredit kartı vasitəsi ilə ödədikdə, o vəsaiti geri qaytarmaq baxımından öz qrafikini qura bilər, bundan əlavə əgər vəsait güzəşt müddəti ərzində geri qaytarılmış olsa, kart sahibi bu yolla faizsiz kredit əldə etmiş olur.
Əgər bu güzəşt müddəti (grace periode) ərzində o bütün məbləği geri qaytara bilmirsə, borc məbləğini aylar üzrə elə bölə bilər ki, borcların qaytarılması rahat və onun gəlirlərinin səviyyəsinə müvafiq olsun. Əgər hansı isə səbəb üzündən borcalan pul vəsaitlərini qaytara bilmirsə, cərimə və penyalardan uzaq olmaq üçün heç olmasa azacıq miqdarda pul vəsaitini vaxtında geri qaytarmaq ona kifayət edir.
Məişət texnikası və elektrotexnika
Yuxarıda sadalanan bütün üstünlüklərdən əlavə, əksər ticarət müəssisələri müştərilərə aldığı malların qiymətini plastik kart ilə ödədikdə borcalana əlavə sığorta öhdəliyi xarakterli xidmət təqdim edirlər, məsələn, məhsulun sıradan çıxması, xarab olması və ya qüsur aşkar olunması zamanı əlavə servis xidməti və ya qarantiya müddətinin artırılması.
Məişət texnikası və elektrotexnika mallarının dəyərinin nağdsız ödəniş vasitəsi ilə ödənilməsi zamanı başqa üstünlüklər də ortaya çıxır, lakin əksər maliyyə-kredit təşkilatları bu haqda susmağı üstün tuturlar. Məsələn, əgər müştəri aşağı keyfiyyətli məhsulun pulunu nağd ödəyibsə, alıcı məhsulu aldığı dükana geri qaytarıb, onun dəyişdirmək və ya pulunu geri tələb etmək hüququna malikdir. Məhsulun istehlak krediti və ya ekspress-kredit tipli borclar vasitəsi ilə alınması zamanı məsələ nisbətən daha qəliz xarakter alır. Çünki bu zaman alınmış malda müəyyən nasazlıqlar ortaya çıxarsa və ya onun qüsurlu olduğu məlum olarsa alıcının müəyyən problemləri ortaya çıxa bilər. Çünki pul vəsaiti dükana köçürülüb, alıcının üstündə isə hələ ki borc var. Düzdür bu situasiyanı da düzəltmək mümkündür, amma yenə də borcalan müəyyən zərərlərdən qurtula bilməyəcək. Amma məhsul plastik kart vasitəsi ilə alınarsa problem olduqca asan həll olunur, çünki demək olar ki, bütün ticarət müəssisələrində xüsusi qurğular quraşdırılıb ki, bunlar da tranzaksiyanı ləğv etmək və pul vəsaitlərini kart sahibinin hesabına geri qaytarmağa icazə verir. Başqa sözlərlə alınmış məhsulla bağlı ortaya problem çıxarsa və borcalan məhsulu müəyyən iradla geri qaytararsa və əgər alıcı da bu iradı qəbul edərsə, onda məhsulun alınmasına sərf edilən bütün pul borcalanın kart hesabına geri qaytarılır. Bu zaman alıcının yaşadığı yeganə xoşagəlməzlik və uğradığı zərər əhval-ruhiyyəsinin pozulması olacaq.
Onlayn alış-veriş, mobil telefon balansının artırılması və ya bilet udmaq şansı
Bir çox oxucular üçün heç də sirr deyil ki, tez-tez səyahət edənlər üçün biletlərin sifariş və bron edilməsi olduqca aktual məsələdir. Amma bilet sifarişinin həyata keçirilməsi mümkün olan əksər internet portalları ödəniş qismində məhz plastik kartlardan istifadə edilməsini tələb edir. Digər tərəfdən isə bank təşkilatlarının aviaşirkətlər ilə əməkdaşlığı sayəsində plastik kart sahibləri heç bir problem olmadan bilet sifariş etmək, həm də müxtəlif endirim və bonuslardan yararlanmaq imkanına malik olur. Eyni sözü internetdə həyata keçirilən alış-verişlər ilə bağlı da demək olar. Tədricən azərbaycanlı alıcılar da internetin təqdim etdiyi bu xidmətdən istifadə etməyə başlayırlar. Bu heç də təəccüblü deyil, çünki eyni məhsulların real və virtual dükanlardakı qiyməti 35-40% fərqlənə bilər. Bundan əlavə yanınızda satış və ya ödəniş məntəqələri yoxdursa, mobil telefonun balansını da çox uzağa getmədən plastik kart vasitəsi ilə doldurmaq olar.
Sonda elə taksit və ya kredit kartı seçin ki, Sizə sadalanan imkanların hər birindən maksimum yararlanmaq şansı versin.
Kartları elə burada sifariş edə bilərsiniz.