Taksit kartından istifadə zamanı 5 Səhvi etməyin | Banco.az

Taksit kartından istifadə zamanı 5 Səhvi etməyin

Taksit kartları alış-veriş ehtirası yüksək olan insanların demək olar ki, ən yaxın dostlarıdır. Ayın sonunda ödəniş vaxtı çatan kimi, hər kəs bir dildən "Daha istifadə etməyəcəm" desə də, növbəti ödəniş vaxtına kimi bu sözlər çoxdan pozulmuş olur.

Bütün bunları yaşayarkən unuduruq ki, Taksit kartları bizi borc batağına apara bilər. Odur ki, Taksit kartlarından istifadə edərkən bu səhvləri etməməyə çalışın:

Taksit kartı Müqaviləsini Oxumamaq

Ümumiyyətlə nəsə bir sənədi imzalamamışdan qabaq oxumaq ən doğru addımdır. Əgər bu sənəd sizin gələcəkdəki pullarınız ilə əlaqədardırsa, iki dəfə oxumaqdan bir ziyan gəlməz.

Oxumadığınız bir çox şeyə görə sonradan banka suallar yağdırmamamaq üçün əlinizdə olan müqaviləni diqqətlə oxumalısınız. Çünki çox vaxt etirazınıza səbəb olan şey müqavilədə öz izahını tapmış olur. Buna görə də bankdan gələn cavab çox aydın olur: "Bu barədə müqavilədə qeyd edilib".

Taksit kartı sahibi olmaq istəyirsinizsə, şüurlu bir istehlakçı olaraq müqavilədə yazılmış maddələrə göz gəzdirin. Anlamadığınız məqamlar barədə sual verin. Bu formada kartınızı problemsiz istifadə edəcəksiniz.

Vaxtında ödəniş etməmək

Kredit kartından məsuliyyətsizcə istifadə etdiyiniz zaman, ödəniş vaxtı problemlər yaşamağa başlayacaqsınız. Həmçinin edə bilmədiyiniz ödənişlər üçün mütləq müəyyən bir məbləği ödəmək məcburiyyətində qalarsınız. Bu faiz gözünüzə çox gəlməyə bilər. Amma bir müddət sonra ümumi faiz məbləğini gördükdə əlavə olaraq nə qədər çox ödəniş etdiyinizi görmüş olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Kart borcunuzu vaxtında ödəməyə diqqət etməlisiniz. Kredit tarixinizə mənfi təsir edəcək olan bu problem, gün keçdikcə daha çox böyüyəcək. Buna görə də kredit kartınızın ödəmə günü və məbləğini unutmamalısınız.

Sadəcə Minimum məbləği ödəmək

Minimum məbləğ ödəmək, taksit kartı ilə aranızda heç bitməyəcək bir əlaqənin başlaması deməkdir. Taksit kartlarında bir üstünlük kimi görünən minimum məbləğ ödənişləri, əslində daha sonra yüklü faizlər ödəyəcəyinizin xəbərçisidir.

Ona görə də bacardıqca ödənişlərini maksimum məbləğlərlə yerinə yetirin.

Nağdlaşdırma əməliyyatlarından istifadə etmək

Taksit kartlarının təqdim etdiyi üstünlüklərdən biridə nağd pul əməliyyatlarından istifadə etməkdir. Bu daha sonra problemlərə yol aça bilər. Pul sarıdan çətinlik çəkən kəslər, taksit kartlarına təyin edilmiş limit çərçivəsində pullarını nağdlaşdırmağa üstünlük verirlər. Əslində bu nağd pul krediti götürmək kimi bir şeydir. Lakin sonda ödəyəcəyiniz faizləri göz önündə saxlamağı unutmayın.

Kartın bağlanılmasına səbəb olmaq

Ödənməyən borclara görə bağlanan taksit kartı, uzun bir müddət kredit həyatınıza təsir edəcək. Kredit kartınızın borcunu ödəmədiyiniz zaman, banklar sizə siyasətlərinə uyğun olaraq 1 və ya 2 ay icazə verəcəkdir. Bu müddətdə də borcunuz olduğuna görə xəbərdarlıqlar alacaqsınız. Əgər ödənişi hələ də etməsəniz yenə müəyyən bir müddət verilər. Bu müddət ərzində də ödəniş etməsəniz, kredit kartınız bağlanar və kredit tarixcənizdə olduqca mənfi görünüş ortaya çıxar. 

Ən sərfəli krediti almaq üçün müraciət et