Taksit kart sahibi vəfat edərsə... | Banco.az

Taksit kart sahibi vəfat edərsə...

Taksit və ya kredit kartı götürən şəxslər  vəfat etdikdə borcu kim ödəməlidir?

Yaxın günlərdə portalımıza belə bir sualla müştəri müraciət etmişdi. Banco.az komandası olaraq məsələni araşdırmaq üçün banklardan biri neçəsi ilə əlaqə saxladıq. Banklardan verilən məlumata əsasən borcu ilk olaraq vəfat edən şəxsin varisi ödəməlidir. Əgər həmin şəxsin varisi yoxdursa borc şəxsin birinci dərəcəli qohumları tərəfindən ödənilir.

Qeyd etmək lazımdır ki, vəfat edən şəxsin borcu əsas məbləğlə yanaşı ölən günə qədər olan faizlə birlikdə hesablanır. Kartın bağlanılması üçün isə ölüm haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş formasını bankın krediti əldə etdiyiniz filialına təqdim etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Kredit alanın vəfat etməsi halında, vəfat etmiş müştərinin (kredit alanın) kredit borcu Mülki Məcəlləyə müvafiq olaraq onun vərəsələri tərəfindən (vərəsələri olduğu halda) ödənilməlidir. Ölüm haqqında şəhadətnamə və vərəsəlik haqqında sənəd, şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et