Azərbaycan taksit kart bazarına daha bir məhsul – Kapitalkart daxil olur.
Kapilkart: Alış-verişin cazibəsi! Xərcləyin, hissə-hissə ödəyin!
Kapital Bank kimi nəhəng bir bankın bu seqmentə xitab etməsi olduqca maraq doğurur, belə ki, aktivlərinin həcminə görə Kapital Bank kommersiya banklarından ən böyüyüdür (1 milyard 346 milyon), həmçinin xidmət şəbəkəsinə, yəni filial və şöbələrinin sayı görə o, Azərbaycanın ən böyük bankıdır- 89 filial və 8 şöbə. Sahib olduğu geniş müştəri bazası Banka öz taksit kartını qısa müddətdə daha geniş auditoriyaya tanıtmaq imkanı verəcək.
Kapitalkart barədə
Kapitalkart müştərilərə pulsuz təqdim olunur
Kapitalkart Kapital Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır.
1.Kapitalkart müştərilərə pulsuz təqdim olunur. Xərclənən məbləğ avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.
2. Kapitalkart-la Kapital Bankın bankomatlarından nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 yaxud 6 aylıq taksitlə ödəmək mümkündür.
3. Borc ödənildikcə kartın limiti bərpa olunur.
4. Kapitalkart pulsuz olaraq Kapital Bankın SMS-banking xidmətinə də qoşulur.
İlkin mərhələdə Kapital Bankın maaş və ya pensiya kartına sahib olan müştərilər Kapitalkart-ı Bankın Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən filiallarından əldə edə bilərlər.
Yaxın zamanlarda isə Kapitalkart-ı Kapital Bankın bütün filiallarından əldə etmək mümkün olacaq. Bundan ötrü müştərinin şəxsiyyət vəsiqəsi ilə Banka müraciət etməsi kifayətdir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Artıq Kapitalkartın öz səhifəsi də vardır.