Taksi sürücülərinə yeni QADAĞA | Banco.az

Taksi sürücülərinə yeni QADAĞA

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Məcəlləyə edilən əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: Report.az