Tailandda satılan 5 maraqlı əşya | Banco.az

Tailandda satılan 5 maraqlı əşya

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tailanddan maraqlı nə almaq olar? sualına cavab vermək üçün gəlin əvvəlcə bu ölkəni tanıyaq.

Banco.az təqdim edir: 

Tailand Asiya qitəsinin ən gözəl və canlı ölkələrindən biridir. Pxuket, Banqkok və Pattaya ölkənin əsas ticarət və turizm mərkəzləridir. Bu şəhərlərdə yüzlərlə müxtəlif ticarət mərkəzləri və yerli bazarlar fəaliyyət göstərir. Bu marketlərdə geyim və mebeldən zinət əşyalarına qədər bir çox fərqli suvenir və məhsullar tapa bilərsiniz. 

Xüsusilə əl işi məhsullar Tailanddan ala biləcəyiniz ən özəl hədiyyələr arasında olacaq. Bəs bu eqzotik ölkədə satılan ən maraqlı əşyalar hansılardır?

1. Qiymətli daşlar

Taylanddan hədiyyə olaraq nə almaq lazımdır? sualına bəlkə də ən yaxşı cavab məhz budur! Zümrüd, sapfir və yaqut əsas üstünlük verilənlərdir, lakin təbii ki, burada digər müxtəlif daşlara da rast gəlmək mümkündür. 

2. Tay dulusçuluq məmulatları

Tay dulusçuluğu Tailandda çox məşhurdur. “Benjarong” adlanan bu qablar boz-ağ və ya qara üzərində 5 fərqli rəngdə işlənib. Buradan rəngarəng bankalar, qablar və boşqablar tapa bilərsiniz.

3. Tay ipəyi

Ən sərfəli kredit üçün müraciət et

Tailanddan ala biləcəyiniz başqa bir yaxşı şey isə ipəkdən toxunmuş məhsullardır. Paltardan tutmuş yataq dəstinə qədər müxtəlif məhsullar tapa bilərsiniz. Xammalı ipəkqurdu olan bu parça növü uzunömürlü olması ilə tanınır.

4. Çətirlər

Bambuk və kağızdan olan bu əl işi çətirlər istəyə uyğun olaraq hazırlanır. Tailanddan ala biləcəyiniz bu gözəl çətirlər günəş çətirləridir, lakin daha çox bəzək üçün istifadə olunur.

5. Kosmetik məhsullar

Qadınların əvəzedilməzi olan kosmetik məhsullar bu ölkəyə səfərdən qayıdarkən mütləq özünüzlə gətirməli olduğunuz şeylərdəndir. Əsasən dəri ağardıcı tərkibli bu məhsullar arasında qidalandırıcı kremlər, sabunlar və masaj yağları var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et