Tacikistan, 2020-2022 dövründə beynəlxalq maliyyə təşkilatlarından təxminən 1 milyard dollar kredit almağı planlaşdırır.
Tacikistan Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, hökumət, 2020-də 220 milyon dollar, 2021-də 336,4 milyon dollar və 2022-də 365,3 milyon dollar kredit almağı nəzərdə tutur. Alınacaq kreditlər, 2020-2022 Tacikistanın xarici borclanma proqramına daxil edilib. .
Tacikistana kredit təmin edəcək beynəlxalq maliyyə təşkilatları arasında Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Küveyt İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu, Abu Dabi Fondu və Avropa İnvestisiya Bankı yer alır.
2019-cu ilin Aprel ayına olan məlumata görə, ölkənin xarici borcu ümumi daxili məhsulnun 38%-nə bərabər olan 2,9 milyard dollardır. Tacikistanın Dövlət Borcu üzrə Strategiyasına görə, ölkənin nominal xarici borcu ÜDM-in 40%-ni keçməməsi lazımdır.
marja