SWOT analizi nədir? | Banco.az

SWOT analizi nədir?

SWOT analizi istənilən bir hadisəni, prosesi və ya şirkətin fəaliyyətini analiz etmək üçün istifadə olunan ən populyar metoddur. SWOT sözü ingilis dilində 4 sözün baş hərflərindən yaranıb:

  • Strengths, yəni güclü tərəflər – analiz olunanın rəqiblərə görə güclü hesab olunan daxili cəhətləri;
  • Weaknesses, yəni zəif tərəflər – analiz olunanın hazırda zəif olduğu daxili məqamlar;
  • Opportunities, yəni imkanlar – analiz olunanın inkişafı üçün istifadə edə biləcəyi xarici informasiya;
  • Threats, yəni təhlükələr – analiz olunanı hazırda və gələcəkdə gözlədiyi xarici təhlükələr.

SWOT analizi ilk dəfə Albert Humphrey tərəfindən 1960-1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox şirkətlər güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər.

SWOT analizi necə aparılır?

 Aşağıda göstərilən nümunə suallara cavab vermək SWOT analiz aparmaqda sizə kömək olacaqdır.

Güclü cəhətlər:

  1. Hansı xüsusiyyətləriniz sizə satış qazandırır?
  2. Şirkətinizin üstünlükləri nələrdir?
  3. Digər şirkətlərdən fəqli olaraq nəyi daha yaxşı edirsiniz?
  4. Olduğunuz sektorda insanlar sizi hansı tərəflərdən daha güclü görür?
  5. Avantajlı olduğumuz məqamlar hansılardır?

Zəif cəhətlər:

  1. Hansı xüsusiyyətlər satışınızı aşağı salır?
  2. Nələri etməkdən çəkinməlisiniz?
  3. Hal-hazırda var olan xüsusiyyətlərdən hansını yaxşılaşdırmalısınız?
  4. Rəqiblərinizin sizdən daha yaxşı etdiyi şey nədir?
  5. Etməkdə çətinlik çəkdiyimiz şeylər nələrdir?

Fürsətlər:

Ən sərfəli kredit üçün müraciət et

  1. Hansı fürsətləri dəyərləndirə bilərsiniz?
  2. Hansı fürsətlərin fərqindəsiniz?
  3. İşə yarayan fürsətlər necə ortaya çıxar?
  4. Hansı bazarlarda bizim üçün fürsətlər var?
  5. Rəqiblərinizin fərqində olmadığı hansı fürsətlər var?

Təhlükələr:

  1. Qarşınızda hansı əngəllər var?
  2. Rəqibləriniz nələr edir?
  3. Borclarınız vəya nağd probleminiz varmı?
  4. Zəif tərəflərinizdən hansısa biri işinizi təhlükəyə atırmı?
  5. Bizə hansı rəqiblər zərər verə bilər?

SWOT analizi hər hansı bir layihəyə başlarkən və ya davam edərkən strategiyanızı qurmaqda istifadə edə bilərsiniz. Eyni zamanda rəqiblərinizi anlamağda və sağlam rəqabət aparmaqda sizə ciddi kömək olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et