Müəllif - Eldar Kərimov - Banco.az
Sənayedə ən böyüklərdən biri olan İsveçrənin "Swiss Re AG" yenidən sığorta şirkəti 2024-cü ildə xalis mənfəətini öz proqnozundan daha çox artırıb və 2025-ci ildə də artım gözləyir.
2024-cü ildə şirkətin xalis mənfəəti 3,24 milyard dollar təşkil edib, bu, əvvəlki ilin 3,14 milyard dollarından yüksəkdir.
Şirkət özü xalis mənfəətin 3,13 milyard dollar olacağı proqnozunu vermişdi.
Əmlak və qəza sığortası bölməsinin xalis mənfəəti 1,23 milyard dollar təşkil edib, bu, əvvəlki ilin 1,54 milyard dollarından aşağıdır. Həyat və tibbi sığorta bölməsi isə mənfəətini 1,44 milyard dollardan 1,53 milyard dollara qədər artırıb.
Keçən il "Swiss Re"nin təbii fəlakətlərlə bağlı aldığı sığorta tələbləri təxminən 1 milyard dollar həcmində olub.
"Swiss Re" 2025-ci il üçün proqnozunu təsdiqləyib ki, buna əsasən xalis mənfəət ən azı 4,4 milyard dollar təşkil edəcək.
Direktorlar şurası dividendləri 8% artırmağı - bir səhmə 7,35 dollara qədər tövsiyə edib.
Son üç ayda "Swiss Re"nin kapitallaşması 11,8% artaraq 41,95 milyard İsveçrə frankına (46,62 milyard dollar) yüksəlib.