SWIFT: Müştərimiz olan banklara güclü haker hücumu olacaq | Banco.az

SWIFT: Müştərimiz olan banklara güclü haker hücumu olacaq

SWIFT ödəniş sistemi müştərisi olan banklara gözlənilən haker hücumları ilə bağlı xəbərdarlıq edib. "Reuters" agentliyinə istinadən xəbər verilir ki, bu barədə sistemin yaydığı müvafiq sənəddə deyilir.

"Təhlükə dayanıqlı xarakter daşıyır və tədricən daha da çətinləşir", - deyə sənəddə bildirilir.

SWIFT-in məlumatlarına əsasən, hakerlər bank sistemlərinin sındırılması metodlarını təkmilləşdirib:  "Yeni taktikalardan biri banklarda istifadə olunan kompüterlərə çıxış əldə etməyə imkan verən proqram təminatının istifadəsidir. Təəssüf ki, biz müştərilərimizin sistemlərinin sındırılması halları ilə rastlaşırıq".

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında isə deyilir ki, kiberhücumlar Ukraynanın "BlazingFast" şirkətinin Niderland Krallığında yerləşən serverlərindən həyata keçirilir.

Ehtimal olunur ki, hakerlər DDoS tipli hücumlardan istifadə edərək iri bankların serverlərinin fəaliyyətini iflic edəcək.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et