SWIFT ənənəvi və rəqəmsal maliyyəni birləşdirəcək | Banco.az

SWIFT ənənəvi və rəqəmsal maliyyəni birləşdirəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq banklararası hesablaşma sistemi SWIFT 2025-ci ildə kriptovalyutalar və tokenləşdirilmiş rəqəmsal aktivlərlə emal əməliyyatlarına başlamağı planlaşdırır. 

Banco.az xəbər verir ki, bu barədə platformanın saytında məlumat verilir.

2021-ci ildə başlayan sınaqlar sistemin özəl və ictimai blokçeynləri birləşdirmək, həmçinin rəqəmsal aktivlərin və valyutaların müxtəlif şəbəkələrini inteqrasiya etmək qabiliyyətini nümayiş etdirib. SWIFT bu xidməti ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

“Qlobal miqyasda rəqəmsal aktivlərin və valyutaların müvəffəqiyyəti üçün onların ənənəvi pul formaları ilə birlikdə mövcud ola bilməsi çox vacibdir”, deyə SWIFT-in baş innovasiya direktoru Tom Şah bildirib.

SWIFT-in innovasiyalar üzrə digər baş direktoru Nik Keriqanın sözlərinə görə, sınaq həm ödənişləri, həm də qiymətli kağızlar üzrə hesablaşmaları əhatə edəcək. Bununla belə, o, 2025-ci ildə sistemin sınaqdan keçirilməsində hansı bankların iştirak edəcəyini dəqiqləşdirməyib.