SWIFT-də ən çox istifadə olunan valyutalar açıqlanıb | Banco.az

SWIFT-də ən çox istifadə olunan valyutalar açıqlanıb

SWIFT (Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) çərçivəsində ödənişlər və digər tranzaksiyalar üçün ən çox istifadə olunan valyutalar açıqlanıb.

Ötən ilin dekabr ayında Çin yuanı 2015-ci ilin avqust ayından bəri ilk dəfə siyahıda dördüncü pilləyə yüksəlib. Çinin milli valyutasının ümumi əməliyyatlardakı payı 2,7%-dək artıb.

Ən çox istifadə olunun valyuta – ABŞ dolları – qlobal dövriyyənin 40,5%-ni, ikinci pillədə olan avronun payı isə 36,7%-ə bərabər olub. Britaniya funt sterlinqi 5,9% ilə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi 2,6% ilə Yapon yenası tamamlayır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et