Swap və swap faizi nədir? | Banco.az

Swap və swap faizi nədir?

Swap sözünün mənası "dəyişdirmək", "mübadilə" deməkdir. İqtisadi sahədə qarşımıza çıxan swap isə dəyişdirmə müqaviləsi anlamına gəlir. Bu dəyişdirmə müqaviləsi nədir? İki tərəfin faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq müəyyən bir zaman kəsimində və bəzi öhdəliklərə bağlı olaraq dəyişdirməsi swap əməliyyatının məzmununu təşkil edir.

Svop növləri; valyuta svopları, faiz svopları və qarşılıqlı valyuta svopları olaraq üç yerə bölünür. Xarici valyuta və faiz svopları bazarlarda daha çox yayılmışdır. Nağd pul axınını balanslaşdırmaq və dəyişdirmək, müxtəlif faiz növlərinə bağlı borcların bir-birləriylə dəyişdirilməsi olaraq bilinən svop əməliyyatlarında məzənnə və faiz dərəcələri böyük əhəmiyyət daşıyır. 

1982-ci ildə ilk valyuta mübadiləsi Dünya Bankı və İBM arasında olmuşdur. Valyuta svopı, iki tərəf arasında müəyyən miqdarda valyutanın başqa bir valyuta ilə dəyişdirilməsi və təyin edilən vaxtın sonunda əsas valyutanın qaytarılması ilə bağlı razılaşma kimi müəyyən oluna bilər. 

1980-ci illərdən etibarən, faiz svopları dünya miqyasında artmağa başladı. Faiz svoplarının çoxunu ABŞ dolları təşkil edirdi. Bundan sonra, 1985-ci ildən etibarən digər aparıcı valyutalar üzrə də faiz svop əməliyyatları başlanmış və getdikcə daha geniş yayılmışdır. Tərəflər arasında razılaşdırılmış əsas məbləğə bağlı olaraq hesablanan sabit faiz və dəyişən faiz ödəmələrinin eyni valyuta ilə dəyişdirilməsinə bağlı iki tərəf arasında bağlanan bir müqavilədir. Əməliyyat həcmi baxımından faiz svopları svopların aparıcı növlərindən biridir. 

Faiz svopları ilə valyuta svoplarının istifadəsi nəticəsində ortaya çıxan digər svop tipi dövriyyədə olan valyuta svoplarıdır. Qarşılıqlı valyuta svoplarında, müxtəlif valyutalar və fərqli faiz dərəcələri (sabit və ya dəyişən) üzrə borc verən tərəf digər tərəfin borcuna uyğun əsas və faiz ödənişlərini yerinə yetirməyə razılıq əldə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

"Swap" istifadəsində hansı məqsədlər var?

  • aktiv gəlir dərəcələrini yüksəltmək
  • risklərin idarə edilməsi
  • arbitraj və alqı-satqı

Svop əməliyyatlarında tərəf olan təşkilatlar hansılardır?

  • Beynəlxalq təşkilatlar
  • Mərkəzi banklar
  • Çoxmillətli şirkətlər
  • Yerli rəhbərliklər
  • Beynəlxalq fondlar
  • İxracat - İdxalatçı şirkətlər
  • Banklar

Üstünlükləri:

  • Kredit arbitrajı sayəsində müəssisələr maliyyə xərclərini azalda bilər.
  • Müxtəlif bazarlara çıxışı təmin edir.
  • Fərqli ödəmələrlə müqavilə təmin edir.
  • Kommersiya sirlərini qorumağa imkan verir.
  • Riskləri azaldır və ya aradan qaldırır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et