“SVB-nin iflasından sonra banklardan vəsait axını sabitləşib” | Banco.az

“SVB-nin iflasından sonra banklardan vəsait axını sabitləşib”

Müəllif - Aida İsaq, Banco.az

“Silikon Vadisi Bankı”nın (SVB) müflisləşməsi fonunda ABŞ rəsmi qurumları tərəfindən həyata keçirilən tədbirlər bank sistemindən vəsait axınını sabitləşdirib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib. Onun sözlərinə görə, baş verənlər diqqətlə izlənilməyə davam edir və nazirliyin səyləri ümumilikdə vəziyyəti sakitləşdirib.

Xatırladaq ki, daha öncə 2008-ci il böhranını proqnozlaşdıran Nyu York Universitetinin iqtisadiyyat professoru Nouriel Roubini ABŞ bank sisteminin ciddi problemlə üzləşdiyini və tənəzzülə doğru getdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram