Sürücülük vəsiqəsi almaq üçün imtahan qaydaları dəyişib | Banco.az

Sürücülük vəsiqəsi almaq üçün imtahan qaydaları dəyişib

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib.

Dəyişikliyə əsasən, “B” kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxs təcrübi imtahanı həm mexaniki, həm də avtomatik transmissiyalı nəqliyyat vasitəsində verə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, digər dəyişikliyə görə, həm ölkə vətəndaşlarına, həm də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitələrini ölkəyə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququ verilib. Avtomobili həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsi dəyişdirilməlidir.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et