"Sürü immuniteti üçün əhalinin 90%-nin peyvənd edilməsi lazım ola bilər" | Banco.az

"Sürü immuniteti üçün əhalinin 90%-nin peyvənd edilməsi lazım ola bilər"

ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci, yeni növ koronavirsu (Covid-19) epidemiyasına qarşı sürü immunitetinin (kütləvi immunitet) qazanıla bilməsi üçün əhalinin 90%-nin peyvənd edilməsinin lazım ola biləcəyini söyləyib.

ABŞ-ın tanınmış həkimlərindən biri olan Fauci, "New York Times" qəzetinə verdiyi müsahibəsində, daha əvvəl sürü immuniteti üçün 70-75% aralığından bəhs etdiyini, ancaq xəstəlik nə qədər yoluxucudursa peyvənd edilmə nisbətinin də o qədər yüksək olması lazım olduğunu söyləyib.

İlk məlumatlar əsasında sürü immuniteti üçün lazım olan peyvənd edilmə nisbətini azı 70% müyyən etdiklərini söyləyən Fauci, "Gerçək rəqəmi dəqiq bilmirik, amma 70% ilə 90% arasında olduğunu düşünürəm" deyib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) məlumatlarına görə, ölkədə indiyə qədər 1 milyondan çox adam Covid-19 peyvəndinin ilk dozasını vurdurub.

ABŞ-da təsdiqlənən iki peyvənddən (Pfizer/BioNTech və Moderna) iki doza vurulması lazımdır.

İl sonuna qədər 20 milyon Amerikalıya peyvəndin ilk dozasının vurulması hədəflənir.

Ən sərfəli kredit üçün müraciət et

Covid-19 məlumatlarının yığıldığı "Worldometers"ə görə, ABŞ-da 19 milyondan çox adamın yeni növ koronavirusa yoluxduğu aşkar edilib, 336 mindən çox insan vəfat edib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et