“Başak İnam” sığorta şirkəti “Sürpriz kasko” sığorta məhsulu üçün yeni sayt yaradıb. “Başak İnam” sığorta şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi bildirib ki, müştərilər bu sayt vasitəsilə ilkin məlumatları kifayət qədər geniş formada ala bilərlər. www.kaskosigorta.az saytında “Sürpriz kasko” sığorta paketinə daxil olan xidmətlər haqqında geniş məlumat verilib. Müştəri bəzi şəxsi məlumatlar daxil etməklə əlavə məlumat ala və ya elə birbaşa “sürpriz kasko” sığorta paketini sifariş edə bilər.
O əlavə edib ki, may ayından etibarən hər ayın sonunda məlumat almaq üçün qeydiyyatdan keçmiş şəxslər arasından bir nəfər bu məhsulu hədiyyə alacaq.
Mənbə: fins.az