Müəllif: Tamara Mustafayeva, Banco.az
Suriyada valyutanın yeni bir dövrü başlayır.
Banco.az xəbər verir ki, Suriya Mərkəzi Bankının sədri Abdülqadir əl-Həsriyə yeni Suriya pul vahidinin dövriyyəyə buraxılacağını açıqlayıb.
Həsriyə sosial media hesabında etdiyi paylaşımda yeni pul vahidinin dövriyyəyə buraxılması ilə bağlı 2025-ci il tarixli və 293 nömrəli fərmanın dərc edildiyini bildirib.
Yeni pul vahidinin Suriya üçün iqtisadi və monetar sahədə yeni bir dövrün başlanğıcını simvolizə edən mühüm milli dönüş nöqtəsi olduğunu vurğulayan Həsriyə bu prosesin ölkə iqtisadiyyatı baxımından daşıdığı əhəmiyyətə diqqət çəkib.
Həsriyə həmçinin yeni pul vahidi ilə bağlı detalların 28 dekabr tarixində keçiriləcək iclasda ictimaiyyətə açıqlanacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
