Sürətli pul köçürmələrinin "sürəti" azalır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Sürətli pul köçürmələrinin "sürəti" azalır

Azərbaycanda sürətli pulköçürmə sistemləri ilə kommersiya banklarına daxilolmlar aylıq müqayisədə 6,2% artaraq 2015-ci ilin mart ayında 84,2 mln. manata çatıb.

Mərkəzi Bankın hesabatına istinadən verilən xəbərə görə, illik müqayisədə isə əksinə, azalma müşahidə olunub. Banka daxilolmalar ötən ilin dövrü ilə müqayisədə isə 26,7% azalıb.

Hesabata əsasən, bankdan kənara köçürmələr isə fevrala nisbətən 14,3%, ötən ilin müvafiüq dövrü ilə müqayisədə isə 7,9% azalaraq martda 60,6 mln. manat təşkil edib.

Cari ilin mart ayında banklara daxilolmalar üzrə bir ödənişin orta məbləği 526,9 manat təşkil edib ki, bu da illik müqayisədə 8,4% azdır.

Bu müddətdə sürətli köçürmə sistemləri ilə bankdan kənara köçürmələr üzrə bir ödənişin orta aylıq məbləği 626,9 manatdan 616,6 manata düşüb.

report.az