Sürətlə bahalaşan neft hazırda stabilliyini saxlayır | Banco.az

Sürətlə bahalaşan neft hazırda stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bir müddətdir bahalaşacağına dair siqnalların verildiyi, Omikron ştammının təsirinə çox da məruz qalmayan neft dünən FED-in açıqlamalarından sonra sürətlə dəyər qazanaraq yeni ilin ilk böyük artım tempinə imza atmışdı. Bu artımdan sonra qiymətlərdə stabillik müşahidə olunur.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% bahalaşmaqla hazırda bir bareli 81.41 dollardan ticarət edilir.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər qazanaraq bir bareli 83.82 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et