Sürət artırıldı, hərəkət cədvəli dəyişdirildi | Banco.az

Sürət artırıldı, hərəkət cədvəli dəyişdirildi

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Marja”ya bildirilib ki, Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb. Bu səbəbdən noyabrın 24 -dən  Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

Qatarların Bakıdan və Gəncədən yola düşmə vaxtı isə olduğu kimi saxlanılacaq. Yeni qrafikdə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə enəcək. Bununla da, sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq.

Qeyd edək ki, qatarın sürətinin 135 km/saata qaldırılması yolda olma müddətini də  qısaldıb. Buna nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və  yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğuları ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının  dəyişdirilməsi,   elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və  müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Sürət həddinin artması ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız  müəyyən olunmuş yerlərdən keçmələrini  xahiş edir.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et