"Super Mario" oyunu hərracda 1.6 milyon dollara satıldı | Banco.az

"Super Mario" oyunu hərracda 1.6 milyon dollara satıldı

Tamara Mustafayeva, Banco.az

Yaponiyanın "Nintendo" şirkəti tərəfindən 1996-cı ildə bazara çıxarılan "Super Mario 64" adlı oyunun açılmamış nüsxəsi ABŞ-da keçirilən hərracda rekord məbləğə alıcı tapıb. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın Dallas ştatında fəaliyyət göstərən "Heritage Auctions" adlı hərrac evi 1996-cı il istehsalı olan "Super Mario 64" oyununun bir nüsxəsini 1.56 milyon dollara satdığını elan edib. Bununla da, təkcə bir oyun üçün ödənilən ən yüksək qiymət rekordu qırılıb və "Super Mario 64" dünyanın ən dəyərli oyunu ünvanını qazanıb.

Hərrac evi açıqlamasında "Super Mario 64"ün "Nintendo 64" konsolunun buraxılış oyunu olduğunu və Mario personajının 3D versiyada əks olunduğu ilk oyun kimi qeydə alındığını bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, alıcının adı isə hərrac evi tərəfindən ictimaiyyətə elan edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et