Süni intellektin qlobal təsiri: Texnologiya milyarderlərinin sərvəti sürətlə artır | Banco.az

Süni intellektin qlobal təsiri: Texnologiya milyarderlərinin sərvəti sürətlə artır

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt inkişafındakı bum fonunda ABŞ-ın ən varlı on texnologiya milyarderinin ümumi sərvəti 2025-ci ildə 550 milyard dollardan çox artacaq.

Banco.az xəbər verir ki, Bloomberg-in hesablamalarına görə, onların ümumi 24 dekabrda bazar bağlanışında ilin əvvəlindəki 1,9 trilyon dollardan 2,5 trilyon dollara qədər artıb.
S&P 500 səhm indeksi bu il təxminən 18% artıb.

Texnologiya liderlərinin sərvətinin artması süni intellektə  qlobal miqyasda böyük investisiyaların qoyulması ilə əlaqələndirilir.

“Tesla”ın təsisçisi İlon Maskın  sərvəti bu il 49% artaraq 645 milyard dollara çatan on ən varlı texnologiya liderinin siyahısına başçılıq edir. Oracle Corp.-un təsisçisi Larri Ellison yalnız sentyabr ayında qısa müddətə Maskı keçə bildi. İlin sonuna qədər sərvəti 31% artaraq 251 milyard dollara çatan Ellison bu reytinqdə beşinci yerdədir.

Süni intellekt bumundan digər faydalanan şəxs Nvidia Corp.-un təsisçisi Jensen Huangdir. Onun xalis sərvəti bu il 37% artaraq 156 milyard dollara çatıb. Nvidia-nın səhmləri ilin əvvəlindən bəri 40,5% artaraq bazar kapitallaşması 5 trilyon dolları keçən ilk şirkətə çevrilib. Huang ən varlı texnologiya liderləri arasında səkkizinci yerdədir.

İlk onluğa həmçinin Google (Alphabet Inc.-ə məxsus) şirkətinin təsisçiləri Larri Peyc və Sergey Brin, Amazon.com Inc.-in təsisçisi Ceff Bezos, Meta Platforms Inc. şirkətinin rəhbəri Mark Zukerberq, Microsoft Corp.-un keçmiş baş direktoru Stiv Balmer və şirkətin təsisçisi Bill Qeyts, eləcə də Dell Technologies Inc.-in təsisçisi Maykl Dell daxildir.