Süni intellekt, yoxsa insanlar? | Banco.az

Süni intellekt, yoxsa insanlar?

Müəllif: Mehin Qasımova/Banco.az 

Bu gün süni intellekt artıq həyatımızın hər sahəsindədir. 

Banco.az xəbər verir  ki, dünya kütləvi istehsala buraxılan ilk insanabənzər robotun hər addımını izləyir.

Süni intellektin və robot texnologiyasının sürətlə inkişaf etdiyi günümüzdə mütəxəssislər texnologiyanın düzgün idarə olunmasının lazım olduğunu bildirirlər. 

Bəs, həqiqətənmi, süni intellekt bu gün qəbul edilən peşələrin taxt-tacını silkələyəcək? Vətəndaşların işsiz qalacağı ilə bağlı narahatlığı əsassızdırmı?

Mütəxəssislər qeyd edir ki, süni intellektli robotlar insan həyatını asanlaşdıra biləcək. Lakin  bu texnologiyaların geniş tətbiqi  iş itkisi ilə bağlı narahatlıqların artıdığını bildirirlər.

Alimlər süni intellektin və avtomatlaşdırmanın inkişafı ilə rutin və aşağı ixtisaslı işlərin avtomatlaşdırılmasının iş itkisi ilə bağlı narahatlıqlara səbəb ola biləcəyini bildirirlər:

 "İstehsal xəttindəki robatlar fabrik işçilərini əvəz edə bilər və bu da işsizliyə səbəb ola bilər. Ənənəvi bacarıqları rəqəmsal bacarıqlarla əvəz etmək lazım gələ bilər. Bu, həm də insanların təhsillərini yeniləmək üçün əlavə səy göstərməsinə səbəb ola bilər. Rəqəmsal texnoloji məhsullar həyatı asanlaşdıran ən yaxşı dostlarımız olsa da , insanı və özünü təhdid edən düşmənimiz ola bilər. Hər şey bizim onlarla necə münasibət qurmağımızdan asılıdır".

"Əgər insan fərdi insanlarla real ünsiyyətdən çox süni intellektlə söhbət etməyə üstünlük verirsə, bu, onların sosial bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Həqiqi insanlarla ünsiyyət qarşılıqlı emosional reaksiyaları anlamaq və empatiya qurmaq qabiliyyətini artırır. Süni intellektlə qurulan emosioal əlaqə real insanla qurulan əlaqənin dərinliyinə və zənginliyinə çata bilməz",- deyə mütəxəssis qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram