"Süni intellekt Şimali Koreyadan təhlükəlidir" - Elon Musk | Banco.az

"Süni intellekt Şimali Koreyadan təhlükəlidir" - Elon Musk

ABŞ-ın “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı Elon Musk bildirib ki, insanlar süni intellektdən daha çox ehtiyatlanmalıdır, nəinki Şimali Koreya ilə gərginliyin artmasından.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə o, “Twitter”də yazıb. “Əgər sizin hələ də süni intellektlə bağlı təhlükəsizlik qayğınız yoxdursa, olmalıdır. Şimali Koreyadan daha böyük riskdir”, - deyə o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

İş adamı dəfələrlə süni intellektlə bağlı məsələni tezliklə tənzimləməyə çağırıb. Onun fikrincə, bu sahə çox sürətlə inkişaf edir və vaxtında tədbir görülməsə, sonra gec ola bilər. E. Musk süni intellektin insanlığa təhlükə yarada biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, Elon Musk bu sahədə tədqiqatlar aparmaq üçün “OpenAİ” adlı laboratoriya yaradıb. Laboratoriya botların öz aralarında ünsiyyət qurası üçün süni intellektə xüsusi dil işləyib hazırlamağı tapşırıb.