Süni intellekt iqtisadiyyatın inkişafına nə vəd edəcək? | Banco.az

Süni intellekt iqtisadiyyatın inkişafına nə vəd edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Süni intellekt texnologiyaları sağlamlıq, avtomobil, maliyyə və s. kimi fəaliyyətlərə daxil olaraq prosesləri sürətləndirir və effektivliyi artırır”.

Banco.az xəbər verir ki, bunu İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib. O qeyd edib ki, xüsusilə istehsal proseslərində süni intellektin tətbiqi kifayət qədər əhəmiyyətlidir:

“Süni intellekt texnologiyaları, insanlarla maşınların daha yaxın əməkdaşlıq etməsinə şərait yaradır və proseslərin avtomatlaşdırılması ilə effektivliyin yüksəlməsinə imkan verir. Bu texnologiyaların tətbiqi, şirkətlərə daha sürətli, səmərəli və rəqabətədavamlı olmağa yardım edir. Eyni zamanda, süni intellektin inkişafı yeni iş imkanları yaradır və işçi qüvvəsinin texnologiyaya uyğunlaşmasını təmin edir. Süni intellektin məqsədli inkişafı isə sənaye və iqtisadi tərəqqi üçün əlverişli şərait formalaşdırır”.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssis qeyd edib ki, son vaxtlar ölkədə bu sahəyə yatırılan investisiyaların da davamlı olaraq artdığı müşahidə olunur:

“Süni intellekt şirkətlərinin yaranması və inkişafı, iqtisadiyyata bir çox müsbət töhfələr gətirəcək. Bu şirkətlər yeni texnologiyaların inkişafında lider rol oynayaraq gələcək tərəqqini təmin edir”,- deyə ekspert vurğulayıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et