"SunExpress" ödənişsiz reyslərin müddətini artırıb | Banco.az

"SunExpress" ödənişsiz reyslərin müddətini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SunExpress” zəlzələ bölgəsindən təxliyə reyslərinin müddətini uzadıb.

Banco.az xəbər verir ki, “SunExpress” Adana, Diyarbəkir, Qaziantep, Kayseri, Malatya, Hatay və Mardindən 20 Fevral tarixinə qədər bütün daxili uçuşları pulsuz həyata keçirəcəyini açıqlayıb.

Bu barədə aviaşirkətdən bildirilib.

Türk Hava Yolları və Almaniyaya məxsus “Lufthansa”nın ortaq törəmə şirkəti olan “SunExpress” zəlzələ bölgəsindən Türkiyənin digər bölgələrinə uçmaq istəyənlərin diqqətinə çatdırıb ki, şirkətin rəsmi internet saytında və mobil tətbiqdə uçuşlar üçün pulsuz rezervasiya edilə bilər.

Qeyd edək ki, axtarış-xilasetmə və tibbi qrupların zəlzələ bölgəsinə çatdırılması üçün indiyədək ümumilikdə 125 xüsusi uçuş həyata keçirən “SunExpress”in təşkil etdiyi xüsusi uçuşlarla bölgəyə 4500-dən çox axtarış-xilasetmə və tibbi qrupu daşıdığı, həmçinin bütün rəsmi səlahiyyətli qurumlar vasitəsilə göndərilən 161 ton yardım materialını pulsuz yük xidməti göstərərək zəlzələ bölgəsinə çatdırdığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et