Sumqayıtda işləmək istəyənlərə "FINCA Azerbaijan"dan iş imkanı | Banco.az

Sumqayıtda işləmək istəyənlərə "FINCA Azerbaijan"dan iş imkanı

"FINCA Azerbaijan" Sumqayıt filialı üçün Kredit işçisi vakansiyası elan edir və öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.     

Bank və ya Bank olmayan Kredit təşkilatlarında kreditvermə sahəsində minimum 1 il iş təcrübəsi kifayətdir. Ali təhsil (riyaziyyat və iqtisadiyyat arzuolunandır) tələb olunur. 

Digər tələblər aşağıdakılardır:

- Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən sahibkarlıq obyektləri (bizneslər) haqqında ətraflı bilik və məlumatlara sahib olmalı;

- Müştərilərin cəlb edilməsində təcrübə və səriştəyə malik olmalı;

- Elementar riyazi hesablama aparmaq bacarığı olmalı;

- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;  

- Azərbaycan dilində sərbəst danışmaq;    

- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Ən sərfəli kredit üçün müraciət et

 

Əgər bu vəzifədə iddialısınızsa, öz tərcümeyi-halınızı (CV) 30 Noyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№780/14) qeyd etməklə göndərə bilərsiniz.

Yaxud aşağıda göstərilən ünvanlara təqdim edə bilərsiniz:         

Ünvan: Sumqayıt, 1.mkrn, N.Nərimanov küç., 45D.    

Telefon: (055) 455 25 61         

 

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et