Sudan BƏƏ ilə 6 milyard dollarlıq liman müqaviləsini ləğv edib | Banco.az

Sudan BƏƏ ilə 6 milyard dollarlıq liman müqaviləsini ləğv edib

Müəllif:Ayşən İmanova/Banco.az

Sudan Qırmızı dənizdə limanın inşası üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 6 milyard dollarlıq müqaviləni ləğv etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə "Sudan Tribune" ölkənin maliyyə naziri Cibril İbrahimə istinadən məlumat yayıb.

Məlumata görə, Xartum Əbu-Dabini hakim Suveren Şuraya qarşı çıxan Çevik Reaksiya Qüvvələrinə dəstək verməkdə ittiham edib.

Nəşr qeyd edir ki, 2022-ci ilin dekabrında bağlanan müqavilə, sudanlı iş adamı Usama Daudun idarə etdiyi "Abu Dhabi Ports" və "Invictus Investment" şirkəti tərəfindən Port-Sudandan 200 km şimalda yerləşən Əbu Amama limanının tikintisini nəzərdə tuturdu.

Ən sərfəli kredit üçün müraciət et

“Baş verənlərdən sonra biz BƏƏ-yə Qırmızı dənizin sahilində bir santimetr belə verməyəcəyik”, - deyə nazir bildirib.

O, BƏƏ-nin 2023-cü ilin aprelindən Sudan silahlı qüvvələrinə qarşı müharibə aparan RRF-yə dəstək verdiyi ilə bağlı iddialara istinad edib. Liman layihəsi azad ticarət zonası, kənd təsərrüfatı layihəsi və Sudan Mərkəzi Bankında 300 milyon dollarlıq əmanət daxil olmaqla daha böyük investisiya paketinin bir hissəsi olub.