Subsidiya nədir? | Banco.az

Subsidiya nədir?

Subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Subsidiyalar dövlət büdcəsindən müəyyən iqtisadi və sosial hədəflərə çatmaq məqsədiylə verilir.

Hökumətin istehsalçıları qorumaq və onları təşviq etmək məqsədiylə pul və ya maliyyə dəyərinə sahib şeylərlə qarşılıqsız olaraq etdiyi köməkdir. Yardımı alan adətən xüsusi seqment müəssisələridir. Dövlətin şəxs və ya təşkilatlara pul, mal və ya xidmət şəklində etdiyi qarşılıqsız köməkləri ifadə edir.

Dövlət, müxtəlif sosial və iqtisadi məqsədləri reallaşdırmaq üzrə subsidiya verə bilər. Məsələn geniş xalq kütlələrinin istehlak etdiyi bir malın qiymətini aşağı salaraq, aradakı fərqi büdcə gəlirlərindən qarşılaya bilər. Burada məqsəd istehlakçının qorunmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət ixracatçıya ölkəyə qazandırdığı valyuta başına bəlli bir subsidiya ödəyə bilər.

Subsidiya, bilavasitə və ya dolayı yollarla edilə bilər. Məsələn vahid istehsal başına pul olaraq verilən subsidiyalar birinci qrupa aiddir. Dolayı subsidiyalar isə vergi və pul-kredit siyasəti vəsaitləri hesabına həyata keçirilir.

Bundan əlavə, birbaşa subsidiyalar fundamental elmi araşdırma və təcrübə işlərini maliyyələşdirmək (qrant), istehsalata yeni texnikanın cəlb edilməsi və kadr hazırlığı üçün istifadə olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et